Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Gəncə şəhərində hərbi hissələrdə tədbirlər keçirib. Bu barədə fevralın 7-si komitənin saytında xəbər verilib.

Tədbir Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, psixoloqların və Hərbi Prokurorluğunun iştirakı ilə baş tutub. Hərbi bölmələrdə şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti öyrənilib və tövsiyə xarakterli metodiki məşğələlər keçirilib. Bundan əlavə, hərbi xidmətə yeni çağırılan gənc əsgərlərlə söhbətlər aparılıb, psixoloji yardım və dəstək fəaliyyəti həyata keçirilib. Görüşün sonunda əsgərləri maraqlandıran suallar cavablandırılıb.