Nigeriyanın islam koalisiyası Ümumdünya Hicab gününə həsr olunmuş mətbuat konfransında “Hicab bizim tacımızdır, cinayətimiz deyil” şüarı altında müsəlmanlara qarşı ayrı-seçkiliyə son qoymağa çağırır. Bu barədə İQNA xəbər verib.

Daha öncə ABŞ-nın Miçiqan ştatının senatı Ümumdüya Hicab gününün tanınması barədə qərar qəbul edib. “Bu, hər təbəqədən olan qadınları hicab taxmağa və müsəlman qadınlarla həmrəylik nümayiş etdirməyə açıq dəvətidir“, – deyə ştat senatoru bildirib.