İslam aləminin görkəmli alimi Ayətullah Safi Gülpayigani cümə günü, 4 fevral tarixində İmam Hüseyn (ə.s) hərəmində dəfn edilib. Bu barədə Shiawaves xəbər verib.

Alim fevralın 1-i  xəstəlikdən vəfat edib. Fevralın 2-i Ayətullahın cənazə namazı qılınıb. Mərasim minlərlə insanların, hövzə tələbə və ali rütbəli ustadlarının, Təqlid-Mərcələrinin və Dövlət rəsmilərinin iştirakı ilə Xanım Fatimeyi Məsumənin (s.ə) hərəmində aparılıb.