Dünən, fevralın 2-si İranın Qum şəhərində mərhum Ayətullah Safi Gülpəyiganinin yas mərasimi keçirilib. Bu barədə shabestan xəbər verib.

Mərasimdə Nuri Həmədani, Cavad Amuli, Hüseyni Buşehri və bir sıra İslam alimləri iştirak ediblər.

İraqda isə Seyyid Əli Sistani hər kəsi alimin anım mərasimlərində iştirak etməyə səsləyib.

İslam aləminin böyük alimi Ayətullah Lütfüllah Safi Gülpəyigani fevralın 1-i gecə saatlarında vafət edib. Fəqihin ürəktutması səbəbindən vəfat etməsi bildirilib.