Səudiyyə Ərəbistanında ölkə bayrağının dəyişdirilməsi haqqında qanunda düzəliş layihəsi təklif edilib. Dəyişiklik Krallıq şurası tərəfindən səsvermə nəticəsində təsdiqlənib. Bu barədə arabic.sputniknews xəbər verib.
Bayraqdan əlavə, dövlət gerbi və himninin dəyişdirilməsi də planlaşdırılır. Yeni gerbin və bayrağın görünüşü haqda məlumat hələ ki verilməyib. Dövlət rəmzlərinin dəyişdirilməsinə səbəb olaraq isə ölkənin böyük inkişaflarla ayaqlaşması göstərilir.
Səudiyyə Ərəbistanının dövlət bayrağı 15 mart 1973-cü ildə təsdiqlənib. Hazırkı bayraqda İslam rəmzi olan yaşıl rəng və “Lə ilahə illallah” yazısı öz əksini tapır.