Misirdə Brayl əlifbası ilə yazılan Quranda bəzi iradlar aşkarlanıb. Bu barədə fevralın 2-si İQNA xəbər verib.

Qüsurlar barədə görmə qabiliyyətindən məhrum olan özbək tələbə bildirib. Onun sözlərinə görə, kitabda vəqf (dayanma) yerləri yoxdur, bu isə Quranın oxunuşunu çətinləşdirir. Bundan əlavə, mətnlərdə təşdid (ikili hərf) əlaməti yoxdur və bəzi səhifələrin nömrəsi qeyd olunmayıb.

Brayl – qabarıq nöqtələr vasitəsilə görmə qüsurlu insanlar üçün tətbiq edilmiş əlifbadır.