31 yanvar tarixində Misirin Qahirə şəhərində İmam Hüseyn (ə.s) məscidinin yaxınlığında yanğın baş verib. Nəticədə 12 nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Bu barədə Shiawaves xəbər verib.

Məlumata görə, yanğın elektrik qısaqapanması nəticəsində baş verib.