Bu gün, fevralın 1-i Milli Məclisdə “Dini etiqad azadlığı haqqında” qanunun 8-ci maddəsinə təklif olunan dəyişikliklər müzakirə edilib. Bu barədə Report xəbər verib.

Məlumata əsasən, qanun layihəsi bu gün keçirilən parlamentin birinci oxunuşunda öz təsdiqini tapıb.

Yeni dəyişikliyə əsasən, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyinatı səlahiyyəti Qafqaz Müsəlmanları İdarəsindən alınır.