Yanvarın 31-i Azərbaycanda din xadimlərinin iştirakı ilə bayram konserti keçirib. Tədbir Mənəvi Dünya İctimai Birliyi tərəfindən Gənclər günü münasibətilə təşkil olunub. Bu barədə Oxu.az xəbər verib.
Konsertdə Mircəfər Əyyubov, Hacı Samir Ağayev, Hacı Ramil Bədəlov, Axund Azər kimi ruhanilər iştirak edib. Dövlət himni səsləndirildikdən sonra Birliyin sədri Hacı Şahin Həsənli çıxış edib. O, öz çıxışında Vətən müharibəsi və orada şəhid olan hərbçiləri yad edib.
Tədbirdə, həmçinin mədəniyyət xadimləri musiqilər ifa edib və yumoristik nömrələrlə çıxışlar ediblər.
Gənclər günü Azərbaycanda 1997-ci ildən etibarən hər il fevralın 2-si qeyd olunur. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub.