Bu gün, fevralın 1-i Milli Məclis İslam dininə aid məkanlardan nəzirlərin yığılması ilə bağlı yeni qərarı təsdiqləyib. Qanun layihəsi parlamentin birinci oxunuşunda səsvermə nəticəsində qəbul edilib. Bu barədə Oxu.az xəbər verib.

Yeni qanun dəyişikliyinə əsasən, məscid və ziyarətgahlara edilən ianələr elektron formada həyata keçiriləcək. Yəni, artıq nəzirləri bank kartı, elektron ödəmə sistemləri və poçt vasitəsilə etmək mümkün olacaq.