Bu gün, fevralın 1-i Beynəlxalq Hicab Günüdür. Bu bayram 150-dən çox ölkə müsəlmanları tərəfindən qeyd edilir.

Sözügedən bayram günündə hicablı qadınlar digərlərində hicaba maraq oyatmaq üçün çalışırlar. Bura sosial şəbəkələr, ictimai məkanlar və digər vasitələrlə təbliğat metodları daxildir. Hətta ötən il Böyük Britaniya, Avstraliya, Hindistan, Pakistan, Fransa, Almaniya və bir sıra digər ölkələrdən hicabsız qadınlar bir günlük hicab geyinməklə bu bayrama dəstək veriblər.

Beynəlxalq Hicab Günü – 2013-cü ildə Nəzmə Xan adlı amerikalı müsəlman qadın tərəfindən təsis edilib. Qadınların hicab təbliği yolunda fəaliyyəti və bu bayrama aid məsələlərlə bağlı worldhijabday.com saytı istifadəyə verilib.