Sabah, fevralın 1-i Milli Məclisin yaz sessiyası başlayır. Parlamentin ilk plenar iclasında “Dini etiqad azadlığı haqqında” Qanunda dəyişiklik edilməsi barədə birinci oxunuş keçiriləcək. Bu barədə Report xəbər verib.

Yanvarın 26-sı Azərbaycanda “Dini etiqad azadlığı haqqında” qanunda bir sıra yeniliklər baş verib. Belə ki, ibadət evlərinə din xadimi təyin etmə hüququ QMİ-dən alınıb. Məscidlərin din xadimləri işdən çıxarıldıqda dini icma öz fəaliyyətini davam edəcək. Bundan əlavə, dini qurumlara verilən ianələr plastik kart və elektron ödəmə sistemləri vasitəsilə ediləcək.