Yanvarın 29-da azərbaycanlı məddahlar Aşura Ədəbiyyatı Qurultayında iştirak etmək üçün İrana yollanıblar. Qurultay 30 yanvar saat 19:00-da başlayıb və Təbriz Universitetinin Şəhid Şəfai toplantı zalında keçirilir. Bu barədə İQNA xəbər verib.

Tədbirə Seyid Nurəddin, Gülbala Fənai, Bəhruz Əmirov, Teymur Nəsirov, Samir Süleymanov və Əlizaman Əliyev kimi məddahlar yollanıb. Onlar ilk öncə Təbrizdə, sonra isə üç gün Xorasan Rəzəvidə dini proqramda çıxış edəcəklər.

Mərasimdə, həmçinin İraq, Türkiyə və Gürcüstandan tədqiqatçı, alim və şairlər iştirak edirlər.