Azərbaycanda daha üç xəbər saytı bağlanıb. Hər üç sayt dini mövzularda xəbərlər paylaşırdı.
Artıq bir neçə gündür interaztv.com, salamnews.org və eastnews.org saytlarına giriş mümkün deyil. Saytların bağlanma səbəbi haqda rəsmi açıqlama verilməyib.
Ötən ilin oktyabrın 22-də maide.az, deyerler.az, ahlibeyt.az, shia.az və islaminsesi.az saytlarının fəaliyyətləri dayandırılıb.