Məscid Masallı rayonunun Mahmudavar kəndinin Çingiz Mustafayev küçəsində yerləşir. Məscidin inşası XIX əsrə aid edilir. İbadət evinin ətrafında kənd qəbiristanlığı salınıb.

Deyilənə görə, məscid Mir Abdulla xan və Mir Əsəd xan Talışxanov qardaşların təşəbbüsi ilə kənd sakinlərin tərəfindən inşa olunub. Məscidin ərazisində əvvəllər ticarət mərkəzi olub və əsas yol buradan keçib. Məscidin minbəri Talışxanov qardaşların sifarişi ilə hazırlanıb və indiyənədək məsciddə saxlanılıb.

Məscidin binası qırmızı kərpicdən tikilib. Qızılı rəngdə günbəzi var, minarəsi isə yoxdur. İki qapısı, və altı pəncərəsi var. Məscidin ön tərəfində iki böyük, tağvari, yan tərəflərdə isə iki dördbucaq pəncərə mövcuddur. Tavan qırmızı kərpicdən tikilmiş və dörd sütun üzərində dayanıb.

Məscid son dəfə 2015-ci ildə kənd sakinləri tərəfindən əsaslı təmir olunub.

Masallı rayonunun Mahmudavar kədn məscidi yerli əhəmiyyətli abidə sayılır.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı – 2020.
  2. http://www.masalli-ih.gov.az
  3. https://www.youtube.com/watch