Böyük Britaniyada “Burger King” restoranında müsəlmanın xahişinə baxmayaraq, onun qidasına donuz əti əlavə olunub. Nəticədə Gündoğdu Yüzüdik iyrəndiyindən üç gün yemək yeyə bilməyib. Bu barədə yanvarın 28-i islamnews xəbər verib.
Gündoğdunun dediyinə görə, o, kassirdən burgerə bekon əlavə olunmamasını xahiş edib. Lakin burgerdən bir dişlək aldıqda Gündoğdu qəribə bir tam hiss edib. O, çörəyin arasında donuz ətini aşkarladıqda ürəyi bulanıb. Çünki donuz müsəlmanlar üçün nəcis hesab edilir. Nəticədə müştəri üç gün ürəkbulanma və iştahsızlıqdan əziyyət çəkib.
Müsəlman müştəri restoranlar şəbəkəsindən üzr istəmələrini tələb edib və iaşə müəssisələrini ziyarətçilərin pəhriz məhdudiyyətlərinə daha diqqətli olmağa çağırıb.