Bu gün, yanvarın 29-u Nəcəfdə İmam Əli (ə.s) hərəminin kitabxanasının açılışı olub. Bu barədə hərəmin saytında məlumat verilib.

Açılış mərasimində Höccətül-İslam Seyyid Müctəba Hüseyni, Höccətül-İslam Seyyid Müctəba Hüseyni və hərəm rəsmiləri iştirak ediblər. Kitabxananın sahəsi 3700 kvadratmetrdir və o, özündə 1 milyon kitab saxlamaq imkanına malikdir. Verilən məlumata əsasən, buraya artıq 500 minə yaxın kitab gətirilib.