Misir hökuməti ölkədə olan məscidlərin yerləşmə yerlərini rəqəmsal xəritəyə əlavə etməyi planlaşdırır. Bu barədə İQNA xəbər verib.

Yeni layihə Misir Vəqflər Nazirliyi və Misir Xəritəçəkmə Təşkilatı tərəfindən həyata keçirilir. Məlumatda hər bir məscidin ayrıca yüklənəcəyi qeyd edilib. Üstəlik hər bir məscid barədə məlumat xəritəyə yüklənəcək.

Hazırda Misirdə 100 mindən çox məscid fəaliyyət göstərir.

Azərbaycanda dövlət tərəfindən hazırlanmış belə bir xəritə 2017-ci ildə Qafqaz müsəlmanları İdarəsi tərəfindən hazırlanmışdı. Hazırda ölkə məscid və ziyarətgahlarının xəritədə yerləşməsi, onların şəkilləri və barələrində məlumat Sirat.az saytında yerləşdirilib. Hazırda xəritənin təkmilləşdirilməsi üzrə işlər davam edir.