Kəbə evinin virtual ziyarəti mümkün olacaq. Bunun üçün VR eynəkdən istifadə ediləcək. Bu barədə yanvarın 27-si Haber Global xəbər verib.

Səudiyyə Ərəbistanı Həcc ziyarətinin məkanlarının simulyasiyasını virtual aləmə daxil edib. Qeyd olunub ki, artıq Məkkəyə getmədən qara daşı görmək və hətta ona toxunmaq mümkün olacaq. Bundan əlavə, yeni texnologiya ətraf mühinin qoxusunu da hiss etməyə imkan yaradacaq.

Həcc ziyarəti müsəlmanlara vacib olan məsələlərdən biridir. Təbii ki, bir şəxsin müqəddəs səfərə yollanmağa imkanı yoxdursa, bu vacibat imkan yarananadək qüvvədən düşür. Lakin Həcc ziyarətinin virtual yerinə yetirilməsi məsələsi şəriətdə öz əksini tapmır.