Azərbaycanda dini məkanlara verilən ianələr dövlət qurumu tərəfindən nəzarətə alınacaq. Nəzirlərin toplanmasını Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tənzimləyəcək. Bu barədə yanvarın 28-i Report xəbər verib.

Məlumatda deyilir ki, məsələ ilə bağlı xüsusi qaydalar hazırlanacaq. Bu qaydalar vasitəsilə nəzirlərin forması müəyyənləşdiriləcək. Deputat Ceyhun Məmmədovun sözlərinə görə, cəmiyyətdə zaman-zaman nəzir qutularına atılan ianələrin taleyi ilə bağlı müxtəlif müzakirələr gedir. Lakin qanuna təklif olunan dəyişikliklər ianələrin həm nəğd, həm də elektron qaydada qəbulunu nəzərdə tutur.

Deputat sözügedən dəyişikliyin ianələrin şəffaflığının təmin edilməsinə töhfə verəcəyini bildirib. Buna misal olaraq isə o, “YAŞAT” Fondunu nümanə olaraq qeyd edib.

Yanvarın 26-sı Azərbaycanda “Dini etiqad azadlığı haqqında” qanunda bir sıra yeniliklər baş verib. Belə ki, dini qurumlara verilən ianələr plastik kart və elektron ödəmə sistemləri vasitəsilə ediləcək. İbadət evlərinə din xadimi təyin etmə hüququ QMİ-dən alınaraq DQDİK-yə verilib.