Taliban taksi sürücülərinə namaz vaxtı işləməyi qadağan edib. Bu barədə Oxu.az xəbər verib.

Məlumata görə, yeni hakimiyyət avtomobildə musiqi dinləməyə də məhdudiyyət tətbiq edib. Sürücülər, həmçinin hicabsız qadınlara xidmət göstərə blməz. Qadın sərnişin yanında kişi qohumu olmadığı təqdirdə 72 kilometrdən çox yol qət edə bilməz. Namaz vaxtı gəldikdə isə avtomobildən istifadə ümumiyyətlə qadağan edilib.