Həzrəti Əbəlfəlz Abbasın (ə.s) hərəmi Quranı əzbərləmək üçün xüsusi mobil tətbiq hazırlayıb. Bu barədə hərəmin satında xəbər verilib.

Hərəm rəsmisinin sözlərinə görə, “Tarateel an-Noor” adlı yeni tətbiq xüsusi kurslara getmədən Qurani-Kərimi əzbərləmək imkanı yaradacaq. Proqramda ayələri əzbərləmək üçün cədvəl, xatırlatmalar və tədris prosesini asanlaşdırmaq üçün bir sıra xüsusiyyətlər var.

Tətbiqi Google Play vasitəsi ilə yükləmək mümkündür. Hələlik proqramın yalnız ərəb dilli versiyası istifadəyə verilib.