Yanvarın 27-si Qafqaz Müsəlmanları İdarəsi (QMİ) son günlər qanunda edilən dəyişikliklərlə bağlı din xadimlərinə müraciət edib. Bu barədə qurumun saytında məlumat verilib.
QMİ dindarları və din xadimlərini “Dini etiqad azadlığı haqqında” qanunun qəbul ediləcək yeni müddəalarına birmənalı şəkildə əməl etməyə çağırıb. Cəmiyyətdən isə bu mövzularda sui-istifadə hallarına yol verilməməsi xahiş olunur.
Yanvarın 26-sı Azərbaycanda “Dini etiqad azadlığı haqqında” qanunda bir sıra yeniliklər baş verib. Belə ki, ibadət evlərinə din xadimi təyin etmə hüququ QMİ-dən alınıb. Məscidlərin din xadimləri işdən çıxarıldıqda dini icma öz fəaliyyətini davam edəcək. Bundan əlavə, dini qurumlara verilən ianələr plastik kart və elektron ödəmə sistemləri vasitəsilə ediləcək.