Fransada prezidentliyə namizəd olan Erik Zemmur ölkə başçısı seçiləcəyi təqdirdə İslamla mübarizə aparacağına söz verib. Bu barədə yanvarın 26-sı İQNA xəbər verib.
Zemmur ictimai məkanlarda hicab və İslama aid digər geyimləri qadağan edəcəyini bildirib. O, həmçinin öklədə məscid və minarə tikintisinə də məhdudiyyət tətbiq etməyi düşünür.
Namizədin bu cür mövqeyi Fransa müsəlmanlarının narahatlığına səbəb olub. Bəzi fəalların sözlərinə görə, Zemmur prezident seçilərsə, müsəlmanlar ölkəni tərk etməli olacaqlar.
Fransada prezident seçkiləri bu ilin aprel ayının 10-24 tarixlərində keçiriləcək. Hazırda Erik Zemmurun əsas rəqibi Marin Le Pendir.
Bundan öncə, Erik Zemmur Fransada uşaqlara Məhəmməd və digər müsəlman adlarının verilməsini qadağan edəcəyini deyib.