Yanvarın 26-sı Bərdədə yas mərasimi təşkil edən şəxsə cinayət işi açılıb. Bu haqda Report xəbər verib.
Məlumata əsasən, yas Bərdənin Xəsilli kəndində, fərdi yaşayış evinin həyətində keçirilib. Nəticədə mərasimi təşkil edən Xudayar Allahverdiyev bərəsində cinayət işi açılıb. O, Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsinin pozulmasında ittiham edilir. Faktla bağlı istintaq davam edir.
Bundan əlavə, çadır xidməti göstərən Eltaş Şəmsəddinli məhkəmənin qərarı ilə 8 sutka həbs cəzası alıb. Mərasimdə din xadimi kimi iştirak edən Ramiz Allahverdiyev və digər 10 nəfər 200 manat məbləğində cərimə ediliblər.
Yanvarın 19-u Bakının Qaradağ rayonunda Lökbatan qəsəbəsində yerləşən “Lion Garden” restoranında yas keçirilib. Mərasimi təşkil edən iki şəxsə 8 sutka inzibati həbs cəzası verilib.