Azərbaycanda müsəlmanların ibadət evlərinə din xadimi təyin etmə hüququ Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) alındı. Sözügedən səlahiyyət Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verildi. Bu barədə yanvarın 26-sı Report xəbər verib.
Yeni qərar “Dini etiqad azadlığı haqqında” qanunun 8-ci maddəsində edilən dəyişiklikdə öz əksini tapıb. Artıq məscid və İslam dininə aid digər ibadət məkanlarına rəhbər icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təyin ediləcək.
Bundan əvvəl İslam dininə aid ibadət yerlərinə rəhbərlik edən din xadimləri QMİ tərəfindən təyin olunub. Hər beş ildən bir isə din xadimləri attestasiyadan keçirdilər.