Yanvarın 26-sı Ümumdünya Əhli Beyt (ə.s) Assambleyası ilk virtual beynəlxalq görüş təşkil edir. Tədbir Həzrət Zəhranın (s.ə) mövludu və Qadınlar Həftəsi münasibətilə keçirilir. Bu barədə qurumun rəsmi saytında məlumat verilib.

Toplantıda assambleyanın baş katibi Ayətullah Rza Ramazani çıxış edəcək. Bundan əlavə, müxtəlif ölkələrdən qadınlar öz fikirlərini bildirə biləcəklər.

Virtual görüş Bakı vaxtı ilə saat 14:30-da başlanacaq. Tədbiri izləmək və ona qatılmaq üçün qeyd olunan linkə daxil olmaq lazımdır. Qeydiyyat üçün yalnız iştirakçının adı qeyd olunmalıdır.

Yanvarın 23-dən etibarən dünya müsəlmanları Xanım Fatimeyi-Zəhranın (ə.s) mövludunu qeyd edir. Bu günlər bayram tədbirləri keçirilir, İmamların hərəmləri bəzədilir.