Kərbəlada İmam Hüseyn (ə.s) hərəmində şəhidlərin məzarları ətrafında təmir işləri aparılır. Bu barədə yanvarın 25-i shiawaves xəbər verib.

Məlumata görə, hərəmdə tavan və pəncərələr artıq dəyişdirilib. İstifadə olunan bəzək elementləri ağac materialdandır. Xəttatlar, həmçinin tavana şəhidlərin adlarını həkk ediblər. Təmir işlərinin artıq başa çatması qeyd olunub.

Bundan öncə, yanvar ayının 15-i Xanım Zeynəbin (s.ə) hərəmində də təmir-bərpa işləri görülüb.