Azərbaycanda məscidlərin din xadimləri işdən çıxarıldıqda dini icma öz fəaliyyətini davam edəcək. Bu barədə yanvarın 26-sı Report xəbər verib.

Verilən məlumata görə, yeni qərar “Dini etiqad azadlığı haqqında” qanunun 8-ci maddəsində öz əksini tapıb. Edilən dəyişiklikdə sözügedən qanunun VII hissəsi ləğv edilir.

Bundan öncə bir məscidin din xadimi vəzifədən çıxarıldıqda və yeni axund təyin olunmayana qədər həmin ibadət evinin dini icmasının fəaliyyəti dayandırılırdı.