Azərbaycanda dini qurumlara verilən ianələr plastik kart və elektron ödəmə sistemləri vasitəsilə ediləcək. Bu barədə yanvarın 26-sı Report xəbər verib.

Məlumata görə, yeni qərar “Dini etiqad azadlığı haqqında” qanunun 18-ci maddəsinə təklif olunan dəyişiklik əsasında qəbul olunub. Yəni məscid, ziyarətgah və sair dini qurumlara edilən maddi yardım elektron formada həyata keçirilə bilər.

“Dini etiqad azadlığı haqqında” qanunun 18-ci maddəsində qeyd olunub: “Dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri qəbul edə bilər”. Qeyd edək ki, hər il Fitr və Qurban bayramı ərəfəsində müsəlmanlar məscidlərə gedərək nəzir və zəkat paylayırlar.