Yanvarın 27-si “Xəzər TV” televiziya kanalında “Ruhun qidası” adlı dini veriliş yayımlanacaq. Veriliş ilahiyyatçı Hacı Şahin Həsənlinin təqdimatı ilə efirə buraxılacaq. Bu barədə din xadimi öz facebook hesabında məlumat verib.

Yeni proqramın ilk yayımı yanvarın 27-si saat 00:00-da baş tutacaq. Din xadimi müxləlif qonaqları dəvət edərək, Quran ayələrinin təhlilinə və dini mövzulara toxunacaq.

Əvvəllər Azərbaycan Televiziyasında Vasim Məmmədəliyevin təqdimatı ilə “Haqqın dərgahı” verilişi yayımlanırdı. Lakin 2019-cu ildə alim vəfat edib. Hazırda proqram Mədəniyyət TV-də Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov tərəfindən aparılır.