Bu gün, yanvarın 25-i İraqın Nəcəf şəhərində İmam Əli (ə.s) hərəminin ziyarətçiləri üçün xəstəxana açılıb. Bu barədə hərəmin saytında xəbər verilib. Xəstəxananın açılış mərasimində Şiə Vəqfi Divanının rəhbəri Doktor Heydər Əl-Şəmmari və hərəmin Baş Katibi İsa Əl-Xursan iştirak ediblər.
Əl-Şəmmari yeni klinikanın ərsəyə gəlməsində İran Qızıl Aypara Cəmiyyətinin rolunu vurğulayıb. Onun sözlərinə görə, xəstəxana müasir texnologiya ilə təchiz olunub və hərəm zəvvarları üçün xidmət göstərəcək. Buraya, həmçinin İraqın digər vilayətlərindən də xəstələr müraciət edə bilər.