İraqlı müsəlman Adəm Məhəmmədin İngiltərədən Məkkəyə piyada səfəri davam edir. Onun artıq İstanbula çatması bildirilib. Bu barədə yanvarın 24-dü shiawaves xəbər verib.

Məlumata görə, Adəm İstanbuldan sonra İzmit, Yalova, Bursa, Antalya və Türkiyənin bir sıra şəhərlərini keçdikdən sonra Suriyaya daxil olacaq. O, Məkkəyə bu ilin iyul ayında çatmağı planlaşdırır. Yol boyu isə Adəmi Serbiyada taptığı it müşayət edir.

“İçimdə bir səs var idi ki, mən evimdən Məkkəyə qədər piyada gedə bilərəm. Mən buna məhəl qoymaya bilməzdim, içimdəki bu səs vulkan kimi idi”, – deyə Adəm Məhəmməd qeyd edib.

2020-ci ilin avqustun 1-dən Böyük Britaniyada məskunlaşan iraqlı Adəm Məhəmməd Həcc ziyarətinə piyada səfər etmək qərarına gəlib. O, öz səfərindən görüntüləri şəxsi TikTok səhifəsində paylaşır.