Yanvarın 23-ü Yeni Günəşli Xanım Zəhra (s.ə) məscidində Peyğəmbər (s) qızının mövludu qeyd olunub. Keçirilən məclisin videosu ilə məscidin youtube kanalında paylaşılıb.
Tədbir Quran qiraəti ilə başlayıb və Hacı Surxayın xütbəsi ilə davam edib. Sonda Seyid Taleh Günəşli və Hacı Teymur Şirvanlı Xanımın (s.ə) şəninə mədhiyyələr oxuyub.
Yanvarın 6-sı Yeni Günəşlidəki Fatimeyi-Zəhra (s.ə) məscidinin açılışı baş tutub. Xanımın mövludu açılışdan sonra burada keçirilən ilk məclis olub.