Bakının Hava Limanında yerləşən Fatimeyi-Zəhra (s.ə) məscidi qapalı olaraq qalır.

Fatimeyi-Zəhra (s.ə) məscidi Bakı şəhərinin Heydər Əliyev adına Beynəlxalq Hava Limanında, yolun sağ tərəfində yerləşir. İbadət evi 1996-ci ildə tikilib və bir il sonra istifadəyə verilib. İllərdir, bu məkan həm yerli əhaliyə, həm də şəhərin qonaqlarına öz qapılarını açıq saxlayıb.

Karantin rejimi ilə əlaqədar ibadət evlərinin qapanma məhdudiyyəti aradan qaldırılsa da, sözügedən məscidin fəaliyyəti bərpa olunmayıb. Məscid əhlinin dediyinə görə, ibadətgahın bağlanmasının səbəbi bilinmir. İnanclı insanlar isə buranın tezliklə yenidən istifadəyə verilməsini gözlədiklərini söyləyirlər.

Bundan öncə, yanvarın 6-sı bir neçə il bağlı qalan Yeni Günəşi Fatimeyi-Zəhra (s.ə) məscidinin açılışı baş tutub. 2009-cu ildə ibadət evinin sökülməsinə dair qərər verilsə də, 2010-cu ildə Prezident İlham Əliyev bu qərarı ləğv edib. Nəticədə məscidin inşası sona çatıb və ibadətgah insanların istifadəsinə verilib.

Foto: fatimeyizehra.az