Co Bayden Nüsrət Cahan Çoudhurinin Federal Məhkəmədə Nyu-Yorkun hakimi vəzifəsinə namizədliyini irəli sürüb. Banqladeş əsilli Nüsrət Cahan Çoudhuri federal kürsüyə namizəd olan ilk müsəlman amerikalı qadın, və ikinci müsəlman olacaq. Bu barədə Ağ Evin çərşənbə günü verdiyi açıqlamaya istinadən Alnas.fr xəbər verib.
“Ədliyyə sistemində qeyri-bərabərliyin ön plana çıxdığı vaxtda karyerasını müsəlmanların və digər təcrid olunmuş icmaların vətəndaş hüquqlarının müdafiəsinə həsr etmiş Çoudhuri ədliyyə sistemini legitim edəcək”, – dey əməlumatda bildirilib.
Hazırda Çoudhuri Amerika Vətəndaş Azadlıqları Birliyinin İllinoys Şöbəsinin Hüquq Məsələləri üzrə direktorudu.
Bundan əvvəl 2021-ci ilin iyun ayında Federal hakim vəzifəsinə ilk müsəlman kimi Zahid Quraişi təyin olunub.