Bərdə rayonunun Zümürxan kəndində təşkil olunan yas mərasimində polis əməkdaşına xəsarət yetirilib. Mərasimi keçirən şəxs polis tərəfindən tutulub. Bu barədə yanvarın 21-i Report xəbər verib.
Bərdə rayon sakini Rəfail İsgəndərov yanvarın 19-u evində yas mərasimi keçirməklə karantin qaydalarının pozulmasında ittiham olunub. Sahə rəisinin göstərişi ilə onun barəsində inzibati tenbeh tədbiri tətbiq edilib. Lakin ev sahibinin polisin üzünə yumruq vuraraq müqavimət göstərməsi bildirilib.
Nəticədə Rəfail İsgəndərov şübhəli şəxs qismində tutulub və istintaqa cəlb edilib. Faktla bağlı araşdırma davam edir.
Bundan öncə, yanvarın 19-u Bakının Qaradağ rayonunda Lökbatan qəsəbəsində yerləşən “Lion Garden” restoranında yas keçirilib. Mərasimi təşkil edən iki şəxsə 8 sutka inzibati həbs cəzası verilib.