Kərbəla Xeyriyyə Fondu kimsəsiz uşaqlara maddi yardım ayırıb. Bu barədə yanvarın 20-si shiawaves xəbər verib.
Məlumata görə, fond azyaşlıların yaşayış şərəitinin yaxşılaşdırılması üçün 10 milyon İraq dinarı (təqribən 11600 azn) məbləğində pul ayırıb. Maddi yardımın Sadiq Şirazi və Şeyx Camalın göstərişi ilə ayrılması qeyd olunub.
Kərbəla Xeyriyyə Fondunun 2003-cü ildən yüzlərlə kimsəsiz uşaqlara və imkansız ailələrə yardım etməsi bildirilib.