Bu gün, yanvarın 21-i azərbaycanlı zəvvarlar Ümrə ziyarətini başa vuraraq ölkəyə qayıdıblar. Bu barədə Trend xəbər verib.

Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangirinin sözlərinə görə, kiçik Həcc ziyarətinə sənəd qəbulu davam edir. Növbəti gediş fevral ayının 3-ü, 10-u və 17-də baş tutacaq.

Məlumata görə, səfər qiymətləri dəyişilməz olaraq qalıb, yəni bir nəfər üçün gediş 1440 ABŞ dolları təşkil edir. Lakin 1630 dollara ziyarətgaha daha yaxın oteldə qalmaq təklif olunur.

Ziyarətçilər mütləq şəkildə ən azı bir doza “Pfizer” vaksini ilə peyvənd olunmalıdırlar. İki doza “Sinovac” vurulsa belə, Səudiyyə Ərəbistanı bunu qəbul etmir. Həmin vaksini vurduranlar mütləq bir doza “Pfizer” vurdurmalıdır. Amma əvvəl “Sinovac” vurulmayıbsa, iki doza “Pfizer”-lə getmək mümkündür.