Amerikanın al-monitor saytı Vadius-salam qəbiristanlığı haqda məqalə dərc edib. Vadius-salamın dünyada ən böyük məzarlıq olduğu bildirilib.

Məqalədə bu qəbiristanlığın vaxtilə İbrahim peyğəmbər (ə.s) tərəfindən salınması bildirilib. Hazırda burada beş milyona yaxın insan dəfn olunub. Onların arasında yüzlərlə alim və övliyanın olması da qeyd edilib.

Məzarlıq İmam Əlinin (ə.s) hərəminin yaxınlığında yerləşir. Bu səbəbdən Vadius-salam müsəlmanlar tərəfindən salamatlıq diyarı hesab edilir. Məqalədə, həmçinin yazılıb ki, momin bir şəxs başqa bir yerdə dəfn olunarsa belə, onun ruhu bu mübarək yerə köçürüləcək.

Deyilənə görə, Vadius-salam qəbiristanlığında Hud (ə.s), Saleh (ə.s) və bir sıra peyğəmbərin məzarları yerləşir. Məzarlığın sahəsi təqribən 600 hektardır. Vadius-salam “UNESCO”-nun Dünya İrs Siyahısına namizədliyi üçün ilkin siyahıya daxil edilib.