Son zamanlar Səudiyyə Ərəbistanında Əxlaq polisinin fəaliyyəti zəifləyir. Buna səbəb isə bir sıra dini qanunların aradan götürülməsidir. Bu barədə yanvarın 19-u islamnews xəbər verib.

Əvvəllər polis vətəndaşların namaz vaxtlarına və naməhrəmlərin ünsiyyətinə nəzarət edirdisə, artıq bu cür məhdudiyyətlər getdikcə zəifləyir. Buna səbəb olaraq isə taxt-tac varisi Məhəmməd bin Salmanın hakimiyyətə gəlməsi göstərilib.

Polis əməkdaşlarından birinin sözlərinə görə, əvvəllər qadağan olunmuş hər şeyə icazə verildiyi üçün o, istefa verib. “Bizim artıq nəisə dəyişmək hüququmuz yoxdur”, – deyə əməkdaş qeyd edib.

Əxlaq polisi bir sıra İslam ölkələrində fəaliyyət göstərir. Belə ölkələr sırasına İran, Sudan və Malayziya daxilirdir. İnsanlar arasında aparılan sorğuda onların dini əxlaq və qaydalara nəzarət edən polislərdən narazı olduqları bildirilib.