Bugün, Azərbaycandakı dini konfessiyaların rəhbərləri və din xadimləri Şəhidlər Xiyabanını ziyarət ediblər. Bu barədə yanvarın 20-si Qafqaz Müsəlmanları İdarəsi (QMİ) xəbər verib.
Şəhidlərin ziyarətinə QMİ-nin sədri Allahşükür Paşazadə ilə yanaşı din xadimi Hacı Şahin Həsənli, Hacı Ramil Bədəlov və bir sıra ruhani yollanıb.