Bugün, yanvarın 20-si saat 12:00-da Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükut ilə yad edilib.

Səhər saatlarından etibarən insanlar Şəhidlər Xiyabanını ziyarət edir. Vətən şəhidlərinin xatirəsi anılır, məzarları üzərinə qərənfillər düzülür.

Bakı buxtasındakı gəmilərin, metro və yerüstü qatarların siqnal səsləri şəhəri büyürüb. Hərbi hissələrdə və gəmilərdə dövlət bayraqları endirilib.