Bugün, yanvarın 20-si Alulbeyt Azərbaycan cəmiyyəti Şəhidlər Xiyabanını ziyarət edib. Bu barədə cəmiyyətin youtube kanalında məlumat verilib.
20 Yanvar şəhidlərinin məzarları üstünə güllər qoyulub, ruhlarına dualar edilib. Alulbeyt Azərbaycan-ın təsisçisi və direktoru Əli Əsgərov cəmiyyətin adından çıxış edərək şəhidlərə Allahdan rəhmət diləyib, qəbirlərinin nurla dolmasını dua edib.