Bakının Qaradağ rayonunda yas mərasimi keçirən şəxlər həbs edilib. Mərasim Lökbatan qəsəbəsində yerləşən “Lion Garden” restoranında təşkil olunub. Bu barədə yanvarn 19-u APA xəbər verib.

Məlumata görə, polis tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, restoranda karantin qaydalarına zidd olaraq yas keçirilib. Nəticədə mərasimi təşkil edən iki şəxsə 8 sutka inzibati həbs cəzası verilib.

Ötən ilin dekabrında Prezidentin köməkçisi Şahmar Mövsümov yas mərasimlərinin keçirilməsi barədə açıqlama verib. Onun sözlərinə görə, yaslara qoyulan qadağalara “omicron” ştamının Azərbaycana gəlib-getməsindən sonra baxıla bilər.