İmam Əli: “Məhəmmədin (s) qoruyucu olan səhabələrinin böyükləri bilirlər ki, mən heç vaxt bir saat belə Allah və Peyğəmbərin əmrindən kənarda olmamışam və igidlərin qaçdıqları və addımların qayıtdıqları. Allahın məni əziz tutduğu şücaət və igidliklə öz canımı Həzrət Peyğəmbərdən əsirgəməmişəm.
Allahın Peyğəmbəri (s) başı mənim sinəmdə olan halda canını tapşırdı və onun ruhu o mənim əllərim üzərində olanda bədənindən ayrıldı və mən (təbərrük və türbət kimi) əlimi üzümə çəkdim. O Həzrətin (s) qüslünü öz öhdəmə götürdüm və mələklər mənə kömək etdilər. Sonra ev və onun ətrafı (orada olanlar və get-gəl edən mələklər) ağlayaraq nalə qopardılar. Mələklərin bir dəstəsi enir, digər bir dəstəsi isə yuxarı qalxırdılar. Onların o Həzrətə qıldıqları namazın səsi, onu qəbrinə qoyana kimi qulağımdan getmirdi. Belə olan halda, kim o Həzrətə həyat və ölümündə məndən daha yaxın və layiqdir?!
Gözüaçıqlıq və bəsirətlə (şəkk və tərəddüd etmədən) tələsin. Gərək düşmənlə müharibədə sizin niyyətləriniz düz olsun. Ondan başqa bir tanrı olmayan Allaha and olsun ki, mən haqq yoldayam (söz və əməllərim eyni ilə Allah və Peyğəmbərin buyurduqlarıdır). Bizim düşmənlərimiz isə batil sürüşkənliklərdədirlər (pis işlərə əmr edən nəfsə və şeytana tabedirlər). Eşitdiklərinizi deyirəm (ki, haqqı batildən seçəsiniz) və Allahdan özüm üçün və sizə bağışlanma istəyirəm”.
(Nəhcül-Bəlağə 2-ci cild, 188-ci xütbə)