Ümrə bərpa olunduqdan sonra beş milyon zəvvarın ziyarətinə icazə verilib. Zəvvarlar arasında koronavirusa yoluxma halı qeydə alınmayıb. Bu barədə Səudiyyə Ərəbistanının Həcc və Ümrə naziri Məhəmməd Saleh Məkkə valisi Xalid əl-Feysal ilə görüşdə bildirib.
Mart ayında pandemiyaya görə Səudiyyə Ərəbistanı Ümrə ziyarətini dayandırdı. Sentyabrın 22-də Krallıq elan edib ki, Ümrə ziyarətinə zəvvarlar dörd mərhələli şəkildə buraxılacaq.
Birinci mərhələ 14 gün davam edirdi və bu müddət ərzində Ümrə zəvvarlarının sayı 84 min təşkil edib. İkinci mərhələdə 210 min zəvvar Ümrə ziyarətini yerinə yetirib. Üçüncü mərhələ noyabrın 1-i başlanıb. Bu mərhələdə yerli sakinlərlə yanaşı, xaricdən gələn zəvvarlar da ayinləri yerinə yetirə bilib.
Bu gün Krallıq COVID-19-la mübarizə aparmağı davam edir.
Mənbə: İQNA