Autizm xəstəliyi olan 5 yaşlı suriyalı qız Sari Əzzam Qurani-Kərimi 2 il ərzində bütövlüklə əzbərləyib. Bu barədə islam.ru xəbər verib.
Məlumata görə, iki yaşında ikən qıza autizm diaqnozu qoyulub. Lakin Autizm və Daun Sindromu üzrə mütəxəssis bildirib ki, bu sindromla ona xüsusi bir istedad verilib. Sari Qurani-Kərimlə yanaşı, bir neçə dil öyrənə bilib. Hazırda o, hər gün ingilis, fransız, koreya, yapon, yunan və ispan dillərini öyrənməklə məşğul olur.