Xanım Zeynəbin (s.ə) hərəm pəncərələrinin dəyişdirilməsi işlərinə hazırlıqlar başlayıb. Bu barədə alkafeel.net xəbər verib.

Məlumata görə, pəncərələrin üst metal hissələri yeni dekorativ örtüklə əvəz olunacaq. Quraşdırılacaq yeni bəzəklər mina və 24 karatlıq qızıl ilə işlənəcək. Qızılın təmizliyi isə 99,9% təşkil edəcək.