Həzrəti Abbas (ə.s) hərəmində 269 tələbənin iştirakı ilə Quran qiraəti dərsləri başlayıb. Bu barədə yanvarın 15-i ziyarətgahın saytında xəbər verilib.

Layihənin açılışında Qurani-Kərimin Elmi Akademiyasının prezidenti, doktor Əhməd Şeyx Əli çıxış edib. O, hazırkı kursun sayca dördüncü olduğunu bildirib və keçiriləcək dərslərin təqribən 70 saatdan ibarət olmasını əlavə edib. Şeyx Əlinin sözlərinə görə, dərslər ixtisaslaşmış professorlar tərəfindən tədris ediləcək.

Kursun sonunda məzunlara buraxılış sertifikatları təqdim olunacaq. Bundan əlavə, tədris prosesində fərqlənmiş tələbələr mükafatlarla təltiflənəcək.

Bu ilin mart ayında İraqda ilk ümummilli Quran müsabiqəsi keçiriləcək. İştirakçılar müqəddəs kitabı İraq üslubunda tilavət etməli olacaqlar.